"Caspian Development Bank" ASC 2016-ci il dekabrın 31-ə maliyyə nəticələrini açıqlayıb.
Banco.az bankın açıqladığı məlumata əsasən xəbər verir ki, bankın aktivlərinin həcmi 129 mln. 294 min 630 manata çatıb ki, bu da ötən ilin 3-cü rübü ilə müqayisədə 4,8 mln. manat çoxdur.
2016-cı ilin sonuna bankın kredit portfeli 101mln. 57min 850 manat olub ki, bu da 2015-ci ilin eyni dövrü ilə müqayisədə 7,5% azalma deməkdir.
Bankın öhdəliklərinin həcmi 8,9% azalaraq 63 mln. 765 min 500 manat təşkil edib ki, bunun da 39 mln. 244 min 600 manatı müştərilər tərəfindən yerləşdirilən depozitlərdir.
Hesabat dövründə bankın cəmi kapitalı 2015-ci ilin yekunu ilə müqayisədə 6 mln. 488 min manat artaraq 65 mln. 529 min 130 manat olub.
Bank ötən ili 10 mln. 754 min 980 manat mənfəət ilə başa vurub. Vergilər ödənildikdən sonra qalan xalis mənfəət isə 8 mln. 597 min 470 manat olub.
“Caspian Development Bank (CDB)” Açıq Səhmdar Cəmiyyəti 1988-ci ildə “Universal Bank” Kommersiya Bankı kimi Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş ilk kommersiya banklarından biridir. 24 sentyabr 2001-ci il tarixdə bankın adı dəyişilərək "Kövsər Bank" ASC, 26 yanvar 2015-ci il tarixdə isə “Caspian Development Bank (CDB)” ASC adı altında yeni lizensiya alınmışdır.