"CDB Bank" Əmanətlərin Sığortalanması Fondunun reyestrindən çıxarılıb | Banco.az

"CDB Bank" Əmanətlərin Sığortalanması Fondunun reyestrindən çıxarılıb

"Caspian Development Bank" ASC ("CDB Bank") Əmanətlərin Sığortalanması Fondunun üzv banklarının reyestrindən çıxarılıb.

Fonddan verilən məlumata görə, banka verilən şəhadətnamə ləğv edilib.

"04 fevral 2015-ci il tarixdə 44 nömrəli reyestr nömrəsi ilə Fonda üzv olan "Caspian Development Bank" ASC ("CDB Bank") "AtaBank" ASC-yə qoşularaq yenidən təşkil edildiyi üçün Əmanətlərin Sığortalanması Fonda üzv bankların reyestrindən çıxarılıb və ona verilən şəhadətnamə ləğv edilib ", - deyə qurumun məlumatında qeyd edilib.

Bununla Fonda üzv bankların sayı 31 olub.

Ən sərfəli kredit üçün müraciət et

Fond ictimaiyyətin diqqətinə çatdırır ki, "Əmanətlərin sığortalanması haqqında" qanunun 27.9-cu maddəsinə əsasən iştirakçı banklar birləşmə və ya qoşulma şəklində yenidən təşkil olunduqda əmanətçinin varis banka keçmiş hər bir əmanətinə müqavilə müddəti qurtaranadək ayrıca əmanət kimi baxılır və ayrı-ayrılıqda kompensasiya ödənilir.

Qeyd edək ki, "AtaBank" 1992-ci ilin 21-də 92 nömrəsi ilə Azərbaycan Mərkəzi Bankı tərəfindən dövlət qeydiyyatına alınmış "CDB Bank"ın ona qoşulması nəticəsində yenidən təşkil edilib.

Mənbə: Apa.az

Ən sərfəli krediti almaq üçün müraciət et