Çay ixracından ölkəyə daxil olan valyuta azalır | Banco.az

Çay ixracından ölkəyə daxil olan valyuta azalır

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycan 2023-cü ilin yanvar-avqust ayları ərzində 3 milyon 989 min dollar dəyərində 443 ton çay ixrac edib.

Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu göstərici ötən ilin yanvar-avqust ayları ilə müqayisədə məbləğ baxımından 53,1% və ya 4 milyon 522 min dollar, həcm baxımından isə 68,4% və ya 958 ton azdır.

Hesabat dövründə ixrac edilən çayın hər tonunun orta qiyməti 9004 dollara bərabər olub.

Qeyd ki, cari ilin ilk 8 ayında çayın ümumi ixracda xüsusi çəkisi 0.02%-ə, qeyri-neft məhsullarının ixracında olan çəkisi isə 0.18%-ə bərabər olub.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et