Caspian Development Bankın rəhbərliyində dəyişiklik olub | Banco.az

Caspian Development Bankın rəhbərliyində dəyişiklik olub

"Caspian Development Bank (CDB)" ASC-nin rəhbərliyində dəyişiklik olub.

Bankdan "Banco.az"a daxil olan məlumata görə, Müşahidə Şurasının 11.01.2016-cı il tarixili 01 saylı qərarına əsasən, Nadir Yıldırım "Caspian Development Bank (CDB)" ASC-nin İdarə Heyətinin Sədri vəzifəsinə təyin edilib. İdarə Heyətinin Sədri  Alışov İbrahim Əsəd oğlu  isə Səhmdarların Ümumi Yığıncağının 03.12.2015-ci il tarixli 02 saylı iclasının qərarına əsasən, Müşahidə Şurasının sədri vəzifəsinə təyin olunub.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki,  "Caspian Development Bank (CDB)" ASC 1988-ci ildə "Universal Bank" Kommersiya Bankı kimi Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş ilk banklardan biridir. 24 sentyabr 2001-ci il tarixdə bankın adı dəyişilərək "Kövsər Bank"ASC, 26 yanvar 2015-ci il tarixdə isə "Caspian Development Bank (CDB)" ASC adı altında yeni lizensiya alınmışdır.