“Cash back” nədir? | Banco.az

“Cash back” nədir?

“Cash back” ifadəsi son zamanlar sosial şəbəkələrdə, bankların və iri supermarketlərin tv/radio reklamlarında tez-tez gördüyümüz və eşitdiyimiz ifadələrdən biridir. Cash back (kəşbək) – əmtəə və ya xidmət üçün ödənilən məbləğin bir qisminin sizin hesaba geri qaytarılması mənasını ifadə edən termindir. “Cash back”-in işləmə mexanizmi ondan ibarətdir ki,  plastik kartdan nağdsız formada istifadə edilən vəsaitin bir hissəsi karta geri qaytarılır. Təcrübədə “cash back” həm pul, həm bonus formasında, həm də mobil operatorlar üzərindən balansa ödənilən məbləğ kimi başa düşülür. “Cash back”-i istifadə edən şirkətin əsas məqsədi müştərilərin diqqətini cəlb etmək və rəqabətdə önə çıxmaqdır. “Cash back” mexanizmi iki növü mövcuddur:

  • Birinci növ cash back forması nağd və ya debet kartları ilə alış-veriş edən pərakəndə alıcılara tətbiq olunur. Xərclənən məbləğin bir hissəsi və ya müəyyən faizi karta real pul formasında geri qayıdır. Həmin məbləği nağd formada istifadə etmək mümkündür.
  • İkinci növ cash back qaytarılan vəsaitlərin kart hesabında “bonus” şəklində əks olunmasıdır ki, bu mexanizmdə bonuslardan istifadə yalnız nağdsız formada mümkündür. Bu xalların yığılması ilə sonda müəyyən hədiyyənin əldə edilməsi və ya səyahət üçün millərin toplanması kimi ola bilər.

    “Cash back” mexanizminin əsas hədəfi məhsul və ya xidmətə olan marağı artırmaq və insanları alış etməyi stimullaşdırmaqdır. Adətən iri supermarketlərin bonus kartlarında “cash back” üzrə fazi dərəcəsi 1%, banklarda isə 1-1.5% tətbiq edilir.

    Ən sərfəli kredit üçün müraciət et

    Misal: Siz “Bazarstore” və ya “Araz” marketlər şəbəkəsində alış edərkən ödəniş zamanı Kapital Bankın “Bir kart”-dan istifadə edirsiniz. Bu zaman siz marketin təqdim etdiyi “bonus kartı” üzrə 1% bonus şəklində, bank kartı üzrə isə 1.5% nağd pul şəklində “cash back” əldə edəcəksiniz. Nəticədə ödəniş etdiyiniz məbləğin 2.5%-i dəyərində “cash back”-dən faydalanmaq imkanı əldə etmiş olursunuz.

    kriptoinvest.az

    Bizi sosial şəbəkələrdən izləyin!!

    Facebook

    Instagram

    Telegram

    Ən sərfəli krediti almaq üçün müraciət et