Carlos Slim kimdir? | Banco.az

Carlos Slim kimdir?

28 Yanvar 1940-cı ildə Meksikada doğulan Carlos Slim telekommunikasiya sektorunda tanınmış məşhur iş adamı və investordur. TelmexTelcel və America Mowil şirkətlərinin yaradıcısı, eyni zamanda idarə heyətinin başçısıdır. Təvazökar bir şəxsiyyət olan Carlos Slim şirkətlərinin rəhbərliyini oğulları ilə birlikdə icra edir. Ancaq 1997-ci ildə keçirdiyi infarktdan sonra bütün səlahiyyətlərini oğulları Carlos, Marco Antonio və Patricioya təhvil verib.

Adi bir evdə yaşayan Carlos Slim yaxtaları, malikanələri və bahalı həyatı sevmir. Xeyriyyəçiliyi ilə tanınan iş adamı ən təvazökar milyarderlər siyahısında ilk yerlərdədir.

Meksikalı iş adamı əslən Livanlıdı. Ailənin soyadı olan Slim əslində Səlim adının dəyişilmiş formasıdı. Atası vaxtilə Meksiya köçən zaman adının tələffüzü çətin olduğu üçün dəyişdirib.

Carlos Slimin Təhsil Həyatı

Carlos Slimin uğurlu iş adamı olacağı uşaqlığından məlum idi. Uşaqlıqdan iqtisadiyyata marağı olduğu üçün atası da ona ümumiyyətlə maliyyə, müəssisə və mühasibat kimi mövzuları öyrədirdi.

Slim ilk invesitisiyasını 11 yaşında qiymətli kağız alaraq edib. O yaşda bir uşaq üçün çox böyük bir cəhd sayılır əslində. Növbəti il isə ilk səhm alışını reallaşdırıb. 17 yaşına çatanda atasının iş yerində işləyərək həftədə 50 dollar qazanmağa başlayır. İş adamı özünə gündəlik tutaraq bütün xərclərini dəftərinə qeyd edir. Buna yediyi yeməklər, içkilər və digər bütün fərdi xərcləri də daxil idi. Deyilənə görə Slimdə bu xasiyyət 12 yaşından başlayıb və hələ də davam edir.
İbtidai təhsili barədə dəqiq məlumat bilinməsə də ali təhsilini İnşaat mühəndisliyi kimi bitirdiyi məlumdur.

Carlos Slimin İş Həyatı

Livandan qaçıb Meksikaya sığınan ata Julian Slim Haddad ilk olaraq burada kiçik bir dükan açır. 1911-ci ildə açdığı və La Estrella del Oriente (Şərq ulduzu) adlı dükanı sayəsində qısa zaman ərzində kiçik də olsa bir sərmayə əldə edir. Əldə etdiyi bu sərmayə ilə paytaxtda bir daşınmaz əmlak agentliyi açıb sektorda irəliləyir. Meksikanın inqilab illərində əmlakçılıqda etdiyi ağıllı cəhdlər sayəsində isə böyük bir sərvətin sahibi olur.
Carlos Slimin atası 1952-ci ildə dünyasını dəyişir və geridə qoyduğu bütün sərvətini Carlos fərqli sahələrdə etdiyi investisiyalar sayəsində daha da böyüdür və qısa müddət içində uğurlu bir iş adamı olmur.

Ən sərfəli kredit üçün müraciət et

1961-ci ildə universitetdən məzun olduqdan sonra qısa müddət içində bir çox şirkət və holdinq qurur. 1980-ci ildən sonra tütün şirkətləri, əczaxana-restoran zənciri Sanborns, Sears və Condumex’in Amerika şirkət səhmlərini alır.

1982-ci ilə Meksika iqtisadiyyatında böhran baş verir. Carlos Slim bu vəziyyətdən də ağıllı istifadə edir və müflis olmuş şirkətləri alaraq illər sonra çox baha qiymətə satır. Beləliklə iş adamı özünə uğurlu strategiya seçir.

Carlos Slim və Ailə Həyatı

Carlos Slim 1967-ci ildə Livanlı Soumaya Domit Gemeyal ilə ailə həyatı qurur. Bu evlilikdən 6 uşaqları olur.

Slim Telmexin rəhbərliyini bir neçə il əvvəl öz adını verdiyi oğlu Carlos Slim Domitə təhvil verib. O da eynilə atası kimi təvazökar insandır. Avtomobilini özü sürür təyyarələrdə ekonoms klassda uçur.

Özünü işinə və ailəsinə həsr etmiş sıravi bir iş adamı kimi tanıdan Slim, yaşı artdıqca xeyriyyə işlərinə daha çox vaxt həsr edir. Ancaq digər milyarderlərlə müqayisədə xəsis kimi görünsə də bunun səbəbini “Mən Şaxta Baba deyiləm, yoxsulluğun çarəsi hədiyyə etmək deyil, iş ilə təmin etməkdir” sözü ilə açıqlayır.

Slim haqqında yayılan bəzi söz-söhbətlərdən ibarət olan bir neçə xüsusiyyətindən də bəhs edək. O avtomobilini ümumiyyətlə özü üistifadə edir imicə olduqca əhəmiyyət verir, rəsmi yeməklərdən mümkün qədər çəkinir, ən pis vərdişinin isə üst-üstə çəkdiyi Kuba siqarları olduğu deyilir.

©bizplus.az