“Cari vəziyyət disinflyasiyaya doğru irəliləyir” | Banco.az

“Cari vəziyyət disinflyasiyaya doğru irəliləyir”

Müəllif - Aida İsaq, Banco.az

ABŞ-da inflyasiya səngiməyə başlasa da, əmək bazarındakı cari vəziyyət, Çinin pandemiya məhdudiyyətlərini aradan qaldırması və Ukrayna münaqişəsi fonunda qiymətlərə təsir göstərən təzyiqlər öz aktuallığını qoruyur.

Banco.az xəbər verir ki, bunu FED-in idarə heyətinin üzvü Liza Kuk Michigan Universitetində baş tutan tədbirdə çıxışı zamanı bildirib. O, qiymət artımlarının bir qədər səngidiyini və bunun disinflyasiya prosesinin bir hissəsi olduğunu qeyd edib. Ekspert həmçinin vəziyyətin hədəflənən səviyyəyə çatmadığını vurğulayıb.

FED nümayəndəsi bank sektorunda baş verən hadisələrin yaratdığı qeyri-müəyyən vəziyyət fonunda kredit şərtlərinin sərtləşdirilməsinin əhəmiyyətini vurğulayaraq, bunun xüsusilə kiçik müəssisələr üçün narahatlıq yarada biləcəyinə diqqət çəkib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram