Cari ilin yanvar-noyabr aylarında qeyri-neft sektoru üzrə ixrac 16 faiz artıb | Banco.az

Cari ilin yanvar-noyabr aylarında qeyri-neft sektoru üzrə ixrac 16 faiz artıb

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2019-ci ilin dekabr sayı təqdim olunub. İcmalın bu sayında  göstərilir ki, 2019-cu ilin yanvar-noyabr ayları ərzində ölkəmizin ixracı 18,3 milyard ABŞ dolları təşkil edib və ötən ilin müvafiq dövrünə nisbətən 365 milyon ABŞ dolları və ya 2faiz  artıb. Bu müddətdə qeyri-neft sektoru üzrə 1 milyard 781milyon ABŞ dolları dəyərində ixrac reallaşdırılıb. 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 2019-cu ilin 11 ayındaqeyri-neft sektoru üzrə ixrac 249 milyon ABŞ dolları və ya 16 faiz artıb. Bu ilin yanvar-noyabr ayları ərzindəRusiyaya 622,3milyon, Türkiyəyə 363,3milyon, İsveçrəyə 164milyon, Gürcüstana 150,6milyon və Ukraynaya 46,3 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.

2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 2019-cu ilin 11 ayında Rusiyaya qeyri-neft ixracı 12 faiz, Türkiyəyə 13 faiz,  İsveçrəyə 33 faiz, Gürcüstana 29faiz və Ukraynaya 27 faiz artıb.

2019-cu ilin yanvar-noyabr ayları ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında isə pomidor (166,7 milyon ABŞ dolları) birinci, qızıl (sikkə kəsilməsində istifadə olunmayan, digər emal olunmamış formalarda –157,7 milyon ABŞ dolları) ikinci və qabığı təmizlənmiş meşə fındığı(113,5 milyon ABŞ dolları) üçüncü olub. 

Ümumiyyətlə, 2019-cu ilin 11 ayı ərzində meyvə-tərəvəz ixracı 541,9milyon, plastmassa və onlardan hazırlanan məmulatların ixracı 168,1  milyon, alüminium və ondan hazırlanan məmulatların ixracı 117,9 milyon, pambıq lifi ixracı 108,8milyon,  kimya sənayesi məhsullarının ixracı 95,5milyon, elektrik enerjisinin ixracı 76 milyon, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 54,8 milyon, pambıq ipliyi ixracı 27,3milyon, şəkər ixracı26,4milyon,  alkoqollu və alkoqolsuz içkilərin ixracı 22,6milyon ABŞ dolları təşkil edib.

2018-ci ilin müvafiq dövrü ilə müqayisədə cari ilin yanvar-noyabr aylarında alkoqollu və alkoqolsuz içkilərin ixracı 54 faiz,  pambıq lifinin ixracı 53 faiz, plastmassa və onlardan hazırlanan məmulatların ixracı 52 faiz, kimya sənayesi məhsullarının ixracı 30 faiz, pambıq ipliyinin ixracı 28 faiz, elektrik enerjisi ixracı 17faiz, şəkərixracı 14 faiz, alüminium və ondan hazırlanan məmulatların ixracı 11 faiz, meyvə-tərəvəzin ixracı 9 faiz  artıb.

2019-cu ilin noyabrayında isə qeyri-neft sektoru üzrə ixrac 208 milyon ABŞ dolları təşkil edib. 2018-ci ilin noyabr ayı ilə müqayisədə 2019-cu ilin noyabr ayında qeyri-neft sektoru üzrə ixrac 27 milyon ABŞ dolları və ya 15 faiz  artıb. Bu ilin noyabr ayında qeyri neft-qaz məhsulları ən çox mal Rusiyaya(88,4milyon ABŞ dolları), Türkiyəyə (38,7  milyon ABŞ dolları), Gürcüstana (19,1milyon ABŞ dolları), İsveçrəyə (16,4 milyonABŞ dolları) və Ukraynaya (6,6 milyonABŞ dolları)  ixrac edilib.

2019-cu ilin noyabr ayında qeyri-neft sektoru üzrə ixracda xurma (37 milyon ABŞ dolları) birinci, tomat (pomidor - 19,1 milyon ABŞ dolları) ikinci, pambıqmahlıcı (16,9 milyon ABŞ dolları)  üçüncü yerdə qərarlaşıb.

 “İxrac İcmalı”nın dekabr sayında  qeyri-neft sektoru üzrə əsas ixracatçı şirkətlərin reytinqi verilib. Bu ilin yanvar-noyabr ayları üzrə hazırlanan qeyri-dövlət ixracatçı subyektlərin reytinqində ilk onluqda aşağıdakı şirkətlər təmsil olunurlar: "Azərbaycan İnterneyşnlMayninqKompaniLimitedŞirkəti"nin Azərbaycan Respublikasındakı nümayəndəliyi, “SocarPolymer” MMC, "MKT İstehsalat Kommersiya" MMC, "NineClimate" MMC,  "GlobalExportFruits" MMC, “SunFood" MMC, "BakuSteelCompany", "Azərbaycan Şəkər İstehsalat Birliyi " MMC, "Natural Fruit" MMC, "Caspian enerji-2020" MMC.

Qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus şirkətlərin siyahısına isə ARDNŞ-nin “Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi” başçılıq edir. Daha sonra bu siyahıda aşağıdakı şirkətlər təmsil olunurlar: "Azəralüminium" MMC, "Azergold" QSC, "Azərenerji" ATSC, "Azərbaycan Hava Yolları" QSC, "Azərpambıq Aqrar Sənaye Kompleksi" MMC, “CTS-Agro” MMC,  "Azərtütün Aqrar Sənaye Kompleksi" MMC, "Azərikimya" İB, "Bakı Neft Maşinqayırma Zavodu" TASC.

Ən sərfəli kredit üçün müraciət et

 “İxrac İcmalı”nda həm də xidmət ixracına yer ayrılıb. Məlumat verilib ki, 2019-cu ilin yanvar-noyabr aylarında “Azərkosmos” ASC tərəfindən dünyanın 26 ölkəsinə 40,6 milyon ABŞ dolları dəyərində xidmət (peyk telekommunikasiya xidmətləri və optik peyk xidmətləri) ixrac edilib. “Azərkosmos” ASC-nin xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 89 faizini təşkil edib. 2019-cu ilin noyabr ayında isə “Azərkosmos” ASC dünyanın 19 ölkəsinə 3,1 milyon ABŞ dolları dəyərində xidmət ixrac edilib. “Azərkosmos” ASC-nin 2019-cu ilin yanvar- noyabr aylarında xidmət ixracı həyata keçirdiyi əsas ölkələr Fransa, ABŞ, Malayziya, Birləşmiş Krallıq, BƏƏ-dir.

“İxrac İcmalı”nda məlumat verilib ki, 2019-cu ilin yanvar-noyabr aylarında  Azərbaycana dünyanın 192 ölkəsindən 2,9 milyon və ya 2018-ci ilin yanvar-noyabr ayları ilə müqayisədə 11 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.Bu ilin noyabr ayında ölkəmizə gələn xarici vətəndaşların sayı 13,3 faiz  artıb və onların bank kartları vasitəsi ilə apardıqları əməliyyatları  ötən ilin noyabr ayı ilə müqayisədə 18,5 faiz artaraq  90,3milyon manat təşkil edib. Ümumilikdə isə 2019-cu ilin yanvar-noyabr ayları ərzində Azərbaycana gələn xarici vətəndaşların bank kartları vasitəsi ilə apardıqları əməliyyatların dəyəri  1 milyard 164 milyon manat təşkil edib.

 “İxrac İcmalı”nda 2019-cu ilin yanvar-noyabr ayları ərzində Azexport.az portalına daxil olan ixrac sifarişləri barədə də məlumat verilib. Göstərilib ki, 2019-cu ilin yanvar-noyabr aylarında Azexport.az portalına 532,3  milyon ABŞ dolları dəyərində ixrac sifarişləri daxil olub. 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə cari ilin yanvar-noyabr aylarında ixrac sifarişləri 11 faiz  artıb. 2019-cu ilin noyabr ayında isə portala daxil olan ixrac sifarişlərinin dəyəri 54,9milyon ABŞ dolları təşkil etmiş və ötən ilin müvafiq ayı ilə müqayisədə 19 faiz  artmışdır. 2019-cu ilin yanvar-noyabr aylarında portala daxil olan ixrac sifarişlərinin ilk beşliyində Rusiya (12,3%), Türkiyə (7,4%), İngiltərə (5,4%), Hindistan (5,3%) və ABŞ  (5,3%) qərarlaşıb.

Bu ilin noyabr ayında Azexport.az portalına ən çox ixrac sifarişi pambıq, tütün, toyuq əti, toyuq yumurtası, şərab, qənnadı məhsulu, çay, sarımsaq, nar, nar konsentratı, göbələk, mebel dəsti, tikinti, materialı, fındıq ləpəsi, alma, soğan, boya, qızıl gül, kosmetik vasitə və s. mallara daxil olub.

Məlumat üçün qeyd edək ki, 2017-ci ilin yanvar ayından 2019-cu ilin 30 noyabr tarixinə kimi (35 ay ərzində) Azexport.az portalına dünyanın 138 ölkəsindən  daxil olan ixrac sifarişlərinin dəyəri 1 milyard 521,4 milyon ABŞ dolları təşkil edib.

Həmçinin “İxrac İcmalı”nda göstərilib ki, bu ilin dekabr ayında “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi vasitəsi ilə həyata keçirilən qeyri-neft ixracının dəyəri isə 9,6 milyon ABŞ dolları olub. 2019-cu ilin yanvar-dekabr ayları ərzində  “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi tərəfindən yüzlərlə sahibkara ixracla bağlı müvafiq sertifikatlar verilib və bunun nəticəsində 140 milyon ABŞ dollarından artıq  dəyərində qeyri-neft ixracı həyata keçirilib.

Həmçinin “İxrac İcmalı”nın dekabr sayında ixracatçılara dəstək layihəsi, Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərinə ixrac missiyası təşkil olunması və s. məsələlər barədə də məlumatlar verilib.

 “İxrac İcmalı”nın məqsədi sahibkarları ixracla bağlı maarifləndirməyə, yerli malların ənənəvi və yeni bazarlara çıxarılması imkanlarını artırmağa və beynəlxalq bazarlara inteqrasiya prosesini sürətləndirməyə xidmət edir.

  “İxrac İcmalı”ı ilə www.iqtisadiislahat.org saytının İcmallar bölümündə tanış olmaq mümkündür.

Ən sərfəli krediti almaq üçün müraciət et