Müəllif - Şəbnəm Mehdizadə, Banco.az
2022-ci ilin 11 ayında banklar 859.4 mln. manat xalis mənfəət əldə edib.
Banco.az bu barədə Mərkəzi Banka istinadən xəbər verir.
Məlumata görə, hesabat dövründə banklar həmçinin 1,239.3 milyon manat məbləğində əməliyyat mənfəəti əldə edib.
Qeyd edək ki, 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə bankların xalis və əməliyyat mənfəəti müvafiq olaraq 39,9 faiz və 40,2 faiz artıb.
İlin əvvəlindən banklar tərəfindən ümumilikdə 196.6 milyon manat məbləğində mənfəət vergisi ödənilib.
Bizi sosial şəbəkələrdən izləyin!!