Cari ildə Azərbaycanla Türkiyənin ticarət əməliyyatlarının həcmi 30 faiz artıb | Banco.az

Cari ildə Azərbaycanla Türkiyənin ticarət əməliyyatlarının həcmi 30 faiz artıb

Oktyabrın 10-da Bakı şəhərində "Standartların tətbiqi - Azərbaycan-Türkiyə əməkdaşlığı" beynəlxalq konfransı öz işinə başlayıb. Beynəlxalq konfransda çıxış edən İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov bildirib ki, Türkiyə Azərbaycanın ticarət tərəfdaşı olan ölkələr sırasında ikinci yerdədir. O bildirib ki, cari ilin 8 ayında iki ölkə arasında ticarət əməliyyatlarının həcmi keçən ilə nisbətən 30 faiz artaraq 2,7 milyard ABŞ dolları olub.

Ən sərfəli kredit üçün müraciət et

Ən sərfəli krediti almaq üçün müraciət et