Müəllif: Tamara Mustafayeva, Banco.az
Canet Yellen ABŞ-da tənəzzül ehtimalının artıq risk olmadığını söyləmək üçün hələ tez olduğunu bildirib.
Banco.az xəbər verir ki, ABŞ-ın maliyyə naziri Canet Yellen ölkəsindəki mötədil iqtisadi artımın “uyğun və normal” olduğunu dilə gətirib, ancaq inflyasiyanın səviyyəsini çox yüksək kimi qiymətləndirib.
Yellen bazar günü CBS televiziyasına verdiyi müsahibədə deyib: “Resessiya riski aradan qalxmayıb”.
“Mənim ümidim və inamım sağlam əmək bazarı ilə inflyasiyanın aşağı salınmasınadır. Bu yolda irəlilədiyimizə dair işarələr var”, - deyə o bildirib.
Qeyd edək ki, ABŞ-da iyun ayı inflyasiyası bu çərşənbə günü açıqlanacaq.
Bizi sosial şəbəkələrdən izləyin!!