“Çalışırıq ki, bütün əməliyyatlar müəyyən edilmiş faiz dəhlizinə uyğun olsun” | Banco.az

“Çalışırıq ki, bütün əməliyyatlar müəyyən edilmiş faiz dəhlizinə uyğun olsun”

“Son vaxtlar Azərbaycanda uçot dərəcəsi ilə əmanətlərin sığortalanması faizi arasında böyük fərq yaranmışdı. Buna görə də Maliyyə Sabitliyi Şurası Azərbaycan Əmanətlərin Sığortalanması Fonduna faizləri azaltmağı tövsiyə etdi”.

Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov keçirdiyi mətbuat konfrasında deyib.

O, bu barədə ölkədə əmanətlərini sığortalanma faizinin azaldılmasına (milli valyuta əmanətlərində 15%-dən 10%-ə, xarici valyuta əmanətlərində 3%-dən 2,5%-ə) münasibət bildirərkən danışıb.

Ən sərfəli kredit üçün müraciət et

“AMB çalışır ki, bazarda aparılan bütün əməliyyatlar müəyyən edilmiş faiz dəhlizinə uyğun olsun. Hazırda ölkədə biznes kreditlərinin illik faiz dərəcələri uçot dərəcəsinin yuxarı həddinin üstündə olsa da, bu həddə yaxınlaşmaqdadır. İstehlak kreditlərinə gəlincə, banklar bu kreditləri, adətən, təminatsız verir və üzərlərinə risk götürürlər. Ona görə də bu sahədə faizlər bir qədər yüksək ola bilər”, - o qeyd edib. 

Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et