BVF Yunanıstanın xilası üçün lazım olan vəsaiti hesablayıb | Banco.az

BVF Yunanıstanın xilası üçün lazım olan vəsaiti hesablayıb

Yunanıstan iqtisadiyyatını öz xarici bocrlarını dayanıqlı şəkildə ödəyə biləcək səviyyəyə çıxartmaq üçün, Afinaya növbəti 3 il ərzində 52 milyard avrodan çox maddi yardım gərəkəcək, BVF bu qənaətdədir. Yoxsa borcları silmək lazım gələcək.

Yaxın 3 ildə, Yunanıstan hətta kreditorlar tərəfindən tələb olunan bütün islahatları keçirsə belə, ona yenə də kifayət qədər böyük həcmdə maliyyə yardımı lazım olacaq, bu məbləğ 52 milyard avroya qədər ola bilər. ​​Beynəlxalq Valyuta Fondunun ekspertləri iyulun 2-də dərc etdikləi Yunanıstanın borc probleminə həsr olunmuş analitik məruzənin ilkin layihəsində belə nəticəyə gəldiklərini açıqlayıb.

Ən sərfəli kredit üçün müraciət et

Bu vəsait lazımdır ki, Yunanıstan öc borclarını ödəyə biləcək səviyyəyə gəlsin. Məbləğin 36 milyard avro həcmində hissəsini isə Yunanıstana avro zona ölkələri təqdim etməli olacaq, BVF-də belə düşünürlər. Bundan əlavə artıq verilmiş kreditlərin müddəti gərək iki qat artırılsın.

Əks təqdirdə Yunanıstan xarici borcunu ödəyə bilməyəcək və onun bir hissəsini sadəcə silmək lazım gələcək.