BVF və Dünya Bankının illik iclasının harada keçiriləcəyi bəlli olub | Banco.az

BVF və Dünya Bankının illik iclasının harada keçiriləcəyi bəlli olub

Müəllif: Tamara Mustafayeva, Banco.az

BVF və Dünya Bankının 2026-cı ildəki illik iclası Tailandda keçiriləcək.

Banco.az xəbər verir ki, Beynəlxalq Valyuta Fondu (BVF) və Dünya Bankının illik iclası 2026-cı ildə Tailandın paytaxtı Banqkokda keçiriləcək.

BVF və Dünya Bankından yayılan bəyanatda qeyd olunub ki, 2026-cı ilin oktyabrında keçiriləcək illik iclasın Banqkokda keçirilməsinə hər iki qurumun idarə heyətinin razılığı ilə qərar verildiyi bildirilib.

Bəyanatda BVF-Dünya Bankının illik iclasının axırıncı dəfə 1991-ci ildə Banqkokda keçirildiyi vurğulanıb.

Sözügedən iclasların adətən mərkəzi bank rəhbərləri, maliyyə və inkişaf nazirləri, özəl sektor liderləri, qeyri-hökumət təşkilatları, media qurumları və akademikləri bir yerə yığdığına diqqət çəkən bəyanatda görüş əsnasında bir qayda olaraq qlobal iqtisadiyyatın üzləşdiyi problemlər, o cümlədən dünya iqtisadi görünüşü, qlobal maliyyə sabitliyi, yoxsulluğun aradan qaldırılması, inklüziv iqtisadi artım və yeni iş yerlərinin yaradılması, iqlim dəyişikliyi və rəqəmsallaşmanın müzakirə edildiyi qeyd olunub.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et