BVF taxıl sazişinin dayandırılmasının qiymətləri artıracağını bildirib | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) in include() (line 129 of /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

BVF taxıl sazişinin dayandırılmasının qiymətləri artıracağını bildirib

Müəllif: Tamara Mustafayeva, Banco.az

BVF: Taxıl sazişinin dayandırılması qiymətləri artıracaq.

Banco.az xəbər verir ki, Beynəlxalq Valyuta Fondunun (BVF) İqtisadi Məsləhətçi və Tədqiqatlar Direktoru Pierre-Olivier Gourinchas BVF-in “Dünya İqtisadi Görünüşü” Hesabatının 2023-cü ilin iyul sayına həsr olunmuş mətbuat konfransında məsələ ilə bağlı bir sıra açıqlamalar edib.

Onun sözlərinə görə, Rusiyanın Ukrayna taxılını Qara dəniz limanlarından təhlükəsiz şəkildə daşımağa imkan verən sazişdən çıxmasından sonra taxılın qlobal qiymətləri 15 faizə qədər arta bilər.

“Aydındır ki, Qara dəniz taxıl təşəbbüsü ötən il dünyanın əksər yerlərinə taxıl tədarükünün təmin edilməsində çox səmərəli olmuşdur”, deyə o bildirib.

Odur ki, hazırda eyni mexanizmin tərsinə işlədiyini və bunun da, öz növbəsində qiymətləri qaldıracağını vurğulayıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram