BVF rəhbəri ticarətin parçalanmasından danışdı | Banco.az

BVF rəhbəri ticarətin parçalanmasından danışdı

Müəllif - Aida İsaq, Banco.az

Ticarətin parçalanması qlobal ÜDM üçün 7%-ə başa gələ bilər. 

Banco.az xəbər verir ki, bunu Beynəlxalq Valyuta Fondunun rəhbəri Kristalina Georgiyeva bildirib. Onun sözlərinə görə, aparılan araşdırmalara əsasən, təkcə ticarətin parçalanmasının qlobal ÜDM-nin 0,2%-nə və ya ən pis halda 7%-nə başa gələ biləcəyi məlum olub. Fond rəhbəri eyni zamanda, vəziyyətin inkişaf etmiş iqtisadiyyatlarda aşağı gəlirli istehlakçılara təsir göstərəcəyini qeyd edib. Onlar sərfəli qiymətlərlə əldə oluna bilən xarici məhsullara, eləcə də açıq bazarlara çıxış imkanlarını daha çox itirəcəklər.

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən sərfəli kredit üçün müraciət et

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et