BVF rəhbəri dünya banklarını 2020-ci ildə divident ödəməməyə çağırıb | Banco.az

BVF rəhbəri dünya banklarını 2020-ci ildə divident ödəməməyə çağırıb

Beynəlxalq Valyuta Fondunun (BVF) rəhbəri Kristalina Georgiyeva dünya banklarını bu il dividend ödəməkdən və səhmləri geri almaqdan imtina etməyə çağırıb.

Bu barədə K.Georgiyeva “Financial Times” qəzetindəki köşə yazısında yazıb.

“BVF əməkdaşlarının hesablamalarına görə, keçən il 30 qlobal sistem əhəmiyyətli bank dividend və səhm alışları formasında (səhmdarlar arasında) təxminən 250 milyard ABŞ dolları həcmində vəsaiti bölüşdürüb. Bu il sistemdə kapitalı artırmaq üçün onlar mənfəətlərini qorumalıdır”, - BVF rəhbəri deyib.

Onun sözlərinə görə, 2020-ci ildə dünya iqtisadiyyatının dərin tənəzzülə düçar olması və 2021-ci ildə yalnız qismən yaxşılaşması bank sektorunun dözümlülüyü üçün sınaq olacaq.

“Belədə bankların kapital və likvidlik sahəsindəki yaxşı mövqeləri kreditləşməni dəstəkləmək üçün böyük əhəmiyyət kəsb edəcək. Bankların buferlərini gücləndirmək üçün zəruri addımlardan biri cari əməliyyatlardan qazancı saxlamaqdır”, - məqalədə qeyd olunur.

Bununla yanaşı, K.Georgiyeva bankların dividend ödəməkdən imtinasının səhmdarlar, o cümlədən dividendlərin müntəzəm gəlir mənbəyi ola biləcəyi pərakəndə və kiçik institusional investorlar üçün xoşagəlməz hadisə ola biləcəyini etiraf edib.

Ən sərfəli kredit üçün müraciət et

“Buna baxmayaraq, kəskin iqtisadi geriləmə fonunda bankların öz kapitalını daha da gücləndirməsi üçün tutarlı əsaslar var”, - BVF rəhbəri vurğulayıb.

Report

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et