Müəllif: Tamara Mustafayeva, Banco.az
BVF prezidenti hökumətləri iqlim dəyişikliyi ilə mübarizəyə çağırıb.
Banco.az xəbər verir ki, Beynəlxalq Valyuta Fondunun (BVF) prezidenti Kritalina Georgieva İsveçrənin Davos şəhərində Dünya İqtisadi Forumu (WEF) çərçivəsində keçirilən “İqlim və Təbiət: Sistemli reaksiya tələb olunur” adlı paneldə iştirak edib.
İqlim dəyişikliyi ilə mübarizə üzrə strateji fəaliyyətlərdən danışan Georgieva bildirib ki, bu gün kollektiv öhdəliklər 2030-cu ilə qədər əldə edilməli səviyyədən təxminən 50 faiz geri qalır.
Georgieva bu məsələ ilə bağlı maliyyənin haradan tapılacağına dair şikayətlərdən yorulduğunu və ötən il dünyanın birbaşa və dolayı yolla qalıq yanacaq subsidiyalarına 7 trilyon dollardan çox xərclədiyini bildirib.
Bu məbləğin 1,3 trilyon dollarının birbaşa qalıq yanacaq subsidiyaları olduğunu qeyd edən Georgieva, "Bunu geri götürün və iqlim fəaliyyətinə dəstək üçün istifadə edin", deyə əlavə edib.
Georgieva həmçinin vurğulayıb ki, karbon qiymətləri 2030-cu ilə qədər hər ton üçün 85 dollar olmalıdır.
Bizi sosial şəbəkələrdən izləyin!!