Müəllif: Tamara Mustafayeva, Banco.az
Kristalina Georgieva hələ də narahatlığa səbəb çox şey olduğunu bildirib.
Banco.az xəbər verir ki, Beynəlxalq Valyuta Fondunun (BVF) prezidenti Georgieva BVF-Dünya Bankı Bahar Görüşləri çərçivəsində keçirdiyi mətbuat konfransında qlobal iqtisadiyyatla bağlı qiymətləndirmələr edib.
Son illərdə dünya iqtisadiyyatında çoxlu “turbulentlik” olduğunu dilə gətirən Georgieva çoxsaylı şoklara və sərt maliyyə şərtlərinə baxmayaraq artımın müsbət ərazidə qaldığını söyləyib.
Bununla belə, narahatlığa səbəb çox şey olduğuna diqqət çəkən sədr inflyasiya azalsa da, tamamilə aradan qaldırılmadığını deyib.
ABŞ-ın iqtisadi göstəricilərinin Avropadan daha yaxşı olması ilə bağlı isə Georgieva innovasiyaların ABŞ-da biznesin inkişafına çevrilməsinin və sonra böyüməsinin nə qədər asan olduğunu izah edib.
“Biz bilirik ki, Avropada innovasiyaların gücünü ortaya çıxarmaq üçün hələ görüləsi işlər var”, Georgieva deyib.
Bizi sosial şəbəkələrdən izləyin!!