BVF-in prezidenti kriptovalyutaların maliyyə sabitliyi üçün risk yaratdığını bildirib | Banco.az

BVF-in prezidenti kriptovalyutaların maliyyə sabitliyi üçün risk yaratdığını bildirib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Beynəlxalq Valyuta Fondunun (BVF) prezidenti Kristalina Georgieva kriptovalyutaların maliyyə sabitliyi üçün risk yaratdığını bildirib.

Banco.az xəbər verir ki, Cənubi Koreyanın paytaxtı Seulda rəqəmsal valyutalar mövzusunda keçirilən konfransda çıxış Georgieva kriptovalyutaların riskli aktivlər olduğuna diqqət çəkib.

Georgieva xatırladıb ki, aparıcı kriptovalyuta birjalarından biri olan “FTX”in qurucusu fırıldaqçılıqla bağlı qaldırılan məhkəmə işində “günahkar” hesab edildikdən sonra dünyanın ən böyük kriptovalyuta birjası olan “Binance”in təsisçisi də çirkli pulların yuyulması ittihamlarını qəbul edib. O həmçinin qeyd edib ki, kriptovalyuta sənayesi ötən 15 ildə heç də böyük reputasiyaya malik olmayıb.

Georgieva vurğulayır ki, kripto aktivlər geniş yayılarsa, onların təsirləri də nəzərə alınmalıdır. Burada isə problem odur ki, kriptovalyutaların yüksək səviyyədə qəbulu makro-maliyyə sabitliyini poza bilər.

Ən sərfəli kredit üçün müraciət et

“Məqsədimiz kriptovalyuta risklərinin qarşısını almaq üçün qaydalar və bəzi texnologiyalardan istifadə etməklə, infrastruktur yaratmaqla daha səmərəli, qarşılıqlı fəaliyyət göstərən və əlçatan maliyyə sistemi yaratmaqdır”, deyə Kritalina Georgieva bildirib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et