Müəllif: Tamara Mustafayeva, Banco.az
BVF Qananın 3 milyard dollarlıq kredit tələbini təsdiqləyib.
Banco.az xəbər verir ki, Beynəlxalq Valyuta Fondunun (BVF) İdarə Heyəti iqtisadi problemlərlə üzləşən Qana üçün 3 milyard dollarlıq yardım paketini yekdilliklə təsdiqləyib.
Qananın Energetika nazirinin müavini Məhəmməd Əmin Adam açıqlamasında bildirib ki, hökumət sözügedən 3 milyard dollarlıq kreditin ilk hissəsini bu həftə almağı gözləyir.
Onun sözlərinə görə, məbləğin qalan hissəsi böyük ehtimal ki, hər 6 aydan bir 350 milyon dollarlıq hissələrlə ödəniləcək.
Xatırladaq ki, Qana 3 il əvvəl başlatdığı "Yardımdan kənar Qana" kampaniyası çərçivəsində BVF proqramından çıxmışdı.
Bizi sosial şəbəkələrdən izləyin!!