BVF bildirib ki, Çin istehlak yönümlü artıma üstünlük verməlidir | Banco.az

BVF bildirib ki, Çin istehlak yönümlü artıma üstünlük verməlidir

Müəllif: Tamara Mustafayeva, Banco.az

BVF bildirib ki, Çin istehlak yönümlü artıma üstünlük verməlidir.

Banco.az xəbər verir ki, Beynəlxalq Valyuta Fondu (BVF) istehlaka əsaslanan iqtisadi artım modelinə keçidin Çin üçün əsas prioritetə çevrilməli olduğunu bildirərək, ölkəni iqtisadiyyatı istehlak yönümlü şəkildə tarazlaşdıracaq islahatlar həyata keçirməyə çağırıb.

BVF-in İcraçı Direktorlar Şurası Çinlə 2025-ci il üzrə 4-cü Maddə məsləhətləşmə prosesini başa çatdırıb.

Fonddan yayımlanan açıqlamada qeyd olunub ki, “Çin iqtisadiyyatı son illərdə bir sıra şoklarla üzləşməsinə baxmayaraq, nəzərəçarpacaq dərəcədə dayanıqlılığını qoruyub saxlamışdır.”

Açıqlamada ölkədə real Ümumi Daxili Məhsulun (ÜDM) ötən il 5 faiz artaraq müəyyən edilən hədəfə çatdığı vurğulanıb və bu artımın güclü ixrac və iqtisadi siyasət təşviqləri hesabına təmin olunduğu bildirilib.

Bununla yanaşı, daxili özəl tələbin zəif qaldığı, əsas inflyasiyanın məhdud artım göstərməsinə baxmayaraq, ümumi inflyasiyanın 2025-ci ildə orta hesabla 0 faiz səviyyəsində qalmaqda davam etdiyi qeyd edilib.

Açıqlamada ticarət tərəfdaşları ilə müqayisədə aşağı inflyasiyanın real valyuta məzənnəsinin ucuzlaşmasına səbəb olduğu, bu vəziyyətin isə güclü ixracı dəstəklədiyi və cari əməliyyatlar profisitinin ölkə ÜDM-in təxminən 3,3 faizi səviyyəsinə yüksəlməsinə töhfə verdiyi bildirilib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram