BVF Azərbaycanda ÜDM-in 1,8% artacağını proqnozlaşdırır | Banco.az

BVF Azərbaycanda ÜDM-in 1,8% artacağını proqnozlaşdırır

BVF: "Manatın devalvasiyasından sonra dövlət tərəfindən müvafiq tədbirlərin görülməsi kəskin qiymət artımının qarşısını aldı"

Banco Apa.az saytına istinadən xəbər verir ki, bu barədə BVF-nin Azərbaycanda səfərdə olan missiyasının rəhbəri Raca Almarzoqi məlumat verib.

R. Almarzoqi deyib ki, cari ildə qeyri-neft sektorunda 3,5% artım olacağı gözlənilir: “Bu ilin yanvarın 1-dən aprel ayına qədər faktiki məlumatlara baxanda qeyri-neft sektorunda 6,5% artımın olduğunu müşahidə etdik. Ona görə də, bütövlükdə iqtisadiyyatın 1,8% artacağını proqnozlaşdırırıq".

Ən sərfəli kredit üçün müraciət et

İnflyasiyaya gəlincə R. Almarzoqi deyib ki, bu il 8,5%-lik qiymət artımı gözlənilir. Onun sözlərinə görə, gələn il inflyasiyanın 6,6% olacağı proqnozlaşdırılır: “Biz inflyasiyanın iki rəqəmli olacağını düşünürdük. Amma devalvasiyadan tələb azaldı, iqtisadiyyata kredit qoyuluşunda azalma müşahidə edildi. Manatın devalvasiyası elan edildikdən sonra dövlət tərəfindən müvafiq tədbirlərin görülməsi kəskin qiymət artımının qarşısını aldı. Bununla belə ilin sonuna qiymət artımının davam edəcəyini gözləyirik”.