Bütün mülkiyyət növləri üzrə vergi ödəyicilərinin büdcə daxilolmaları artıb | Banco.az

Bütün mülkiyyət növləri üzrə vergi ödəyicilərinin büdcə daxilolmaları artıb

2022-ci ildə Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə təmin edilən gəlirlərin tərkibində dövlət mülkiyyətində olan vergi ödəyicilərinin payı 4105,4 mln. manat, xüsusi mülkiyyətdə olan vergi ödəyicilərinin payı 4064,3 mln. manat, digər mülkiyyət mənsubiyyətinə (xarici, birgə, bələdiyyə, beynəlxalq təşkilatlar) aid edilən vergi ödəyicilərinin payı isə 7373,3 mln. manat olub.

Bu, “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin icrası haqqında” Azərbaycan Respublikasının Qanun layihəsinə və Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin icrasına dair illik hesabata Hesablama Palatasının rəyində əksini tapıb.

Dövlət sektoru üzrə daxilolmaların artması bu sektor üzrə büdcəyə olan borcların 6,7 mln. manat və ya 2,6% azalaraq 254,2 mln. manat, artıq ödəmə məbləğlərinin isə 76,1 mln. manat və ya 18,3% artaraq 491,0 mln. manat təşkil etməsi şəraitində baş verib.

Eyni zamanda qeyd edilməlidir ki, dövlət mülkiyyətində olan vergi ödəyiciləri tərəfindən 2022-ci ildə dövlət büdcəsinə köçürülmüş daxilolmaların real hesablamlara nisbətən icrası 96,6%-ə bərabər olub.

Ən sərfəli kredit üçün müraciət et

APA

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et