Oturaq işdən uzaq durmağınız üçün 8 səbəb | Banco.az

Oturaq işdən uzaq durmağınız üçün 8 səbəb

Əksəriyyətimiz iş yerində günün yarıdan çoxunu oturaraq keçiririk. Oturaraq işləməyin mənfi tərəfləri haqqında şübhəsiz ki, müəyyən məlumata sahibsiniz, lakin bunun sağlamlığınıza təsirlərini ətraflı bilməmək ehtimalınız yüksəkdir. Məhz bu məqalədə sizlər üçün ayaq üstə işləməyin faydaları və oturaraq işləməyin zərərlərini araşdırdıq. Ümid edirik ki, məqalədən əldə edəcəyiniz məlumatlar sağlamlığınız və iş məhsulardılığınız üçün faydalı olacaqdır...

 

1. Əvvəla əgər masa arxası bir işiniz varsa, bu sizin günün təqribən 9-10 saatını oturaraq keçirməyiniz deməkdir. Təəssüflər olsun ki, gündə 6 saatdan çox oturmaq həyat müddətini gündə 3 saat oturan bir nəfərə nəzərən olduqca qısaldır.

 

2. “Mən oturaq işlə məşğulam, lakin sağlam qidalar qəbul edir, müntəzəm olaraq idmanla məşğul oluram” deyə düşünə bilərsiniz, lakin qeyd edək ki, bunun sağlamlığınıza faydası düşündüyünüz qədər çox deyildir. Hər gün bir saat idmanla məşğul olsanız belə, bu sizin günün 10 saatını oturaraq keçirdiyinizi təəssüf ki dəyişdirmir.

 

3. Araşdırmalara görə, günün çox hissəsini oturaraq keçirmək infarkt riskini siqarət çəkən bir insanın infarkt keçirmə riskinə bərabər edir. Əslində oturaraq uzun müddət işləmək siqarətdən sonrakı ən böyük sağlamlıq təhlükəsi olaraq dəyərləndirilir.

 

4. Oturaq işlə məşğul olmaq selülit kimi estetik problemlər, onurğa ağrıları kimi ortopedik nasazlıqlarla yanaşı, köklük, diabet və hətta qalın bağırsaq xərçəngi kimi təhlükəli xəstəliklərə də yol aça bilər.

 

5. Yuxarıda qeyd etdiyimiz bəndlərdə adətən oturaraq işləməyin zərərlərindən bəhs etdik, indi isə ayaq üstə işləməyin faydalarını diqqətinizə çatdıraq. Piyada gəzmək beyin hüceyrələrinin bir-biri ilə əlaqəyə girməsinə kömək edir. Yəni, gəzərək icra etdiyiniz işlərdə yaradıcılığı və məhsuldarlığı qorumağınız daha asandır.

Ən sərfəli kredit üçün müraciət et

 

6. Sözsüz ki, gəzməyin yaradıcılığa və məhsuldarlığa faydaları yeni olmadığından Stiv Cobsun qatıldığı iclaslarda daima gəzərək və ya sadəcə ayaq üstə dayanaraq çıxış etdiyini bilirik. Ernest Heminquey, Vladimir Nabokov, Virciniya Vulf və Luis Kerroll kimi yazıçıların əsərlərini çox vaxt ayaq üstə yaratdıqlarınə qeyd edə bilərik.

 

7. Xüsusilə yeni bir ideya ağlınıza gəldiyi zaman qeyri-ixtiyari şəkildə oturduğunuz yerdən durub gəzişməyə başlayırsınızsa, deməli siz də hərəkət halında olarkən beyninizin daha yaxşı fəaliyyət göstərdiyini düşününlərdənsiniz. Ayaq üstə dayanarkən və ya gəzərkən daha yaxşı düşünməyinizin səbənini təkamüllə əlaqələndirən bir nəzəriyyə belə var. Nəzəriyyəyə əsasən deyilir ki, insanlar ovçuluq və yığıcılıq dövlərindən etibarən xüsusilə də təhlükə hiss etdikləri zaman adətən, qaçmağa başlayıblar. Belə hallarda özlərini qorumaq üçün həmçinin bir çarə tapmaları lazım gəlirdi. İnsan beyni də hərəkət halında özünü xilas etməyə və ya cəld düşünüb qərar verməyə müvafiq olaraq proqramlaşdırıldığı üçün hələ də bu səbəbdən hərəkət halında ikən insan beyni daha yaxşı fəaliyyət göstərir.

 

8. Oturaraq işləməyin demək olar ki, siqarətdən istifadə qədər təhlükəli olduğunu yaxşı bilən “Google”, “General Electric” ve “Porsche” kimi bəzi şirkətlər əməkdaşlarına ayaq üstə işləmə imkanları təklif edirlər. Cənubi Kaliforniyanın “Rebel Desk” firması isə xüsusilə “Silikon Vadisi” (yüksək texnologiya sektorunaa verilən ad) işçilərinin marağına səbəb olacaq bir iş masası dizayn edərək işçilərin qaçış aləti üzərində gəzərkən eyni zamanda işləyə bilmələrini təmin edir.

Tamara Mustafayeva, banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et