Buğdanın qiyməti yenidən bahalaşır | Banco.az

Buğdanın qiyməti yenidən bahalaşır

Müharibədən tutmuş hava şəraitinə qədər bir çox hadisələr dünya buğda istehsalını təhlükə altına alsa da, ABŞ-da açıqlanan proqnoz narahatlıqları artırıb.

ABŞ Kənd Təsərrüfatı Nazirliyinin proqnozuna görə, dünyanın ən böyük buğda istehsalçılarından biri olan Ukraynada istehsal ötən illə müqayisədə üçdə bir azalacaq.

Digər tərəfdən, quraqlıq, sel və isti dalğaları ABŞ-dan Fransa və Hindistana qədər istehsala mənfi təsir göstərir.

Çikaqoda buğda fyuçersləri ABŞ Kənd Təsərrüfatı Departamentinin növbəti mövsüm üçün ilk qlobal proqnozu ehtiva edən hesabatından sonra bahalaşıb.

Digər tərəfdən, qarğıdalı və soya da bahalaşıb.

ABŞ Kənd Təsərrüfatı Departamentinin yerli qarğıdalı bitkiləri üçün məhsuldarlıq proqnozları yavaş əkin səbəbilə gözləntilərdən aşağı düşüb, dekabr fyuçerslərinin qiyməti rekord qırıb.

Ən sərfəli kredit üçün müraciət et

marja

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et