Buğdanın qiyməti yenidən bahalaşıb | Banco.az

Buğdanın qiyməti yenidən bahalaşıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Buğda qiymətləri iki ayın minimumundan bahalaşsa da, qlobal tədarükün artacağına dair gözləntilər artım tendensiyasını məhdudlaşdırıb.

Banco.az xəbər verir ki, ABŞ Kənd Təsərrüfatı Departamenti (USDA) tərəfindən dərc edilən aylıq tələb-təklif hesabatında oktyabr ayına aid proqnozlar yuxarıya doğru nəzərdən keçirilib.

Nazirlik buğda ehtiyatı proqnozunu 267,54 milyon tondan 267,82 milyon tona yüksəldib. Analitiklər 266,52 milyon tona doğru azalma gözləyirdilər.

Çikaqo birjasında isə ən yüksək ticarət həcminə malik olan buğda fyuçerslərinin qiyməti gün ərzində 8,05 dollar/buşellə sentyabrın 6-dan bəri ən aşağı səviyyəyə gerilədikdən sonra 0,1 faiz bahalaşmaqla 8,07 dollar/buşelə, yəni 296,5 dollar/tona çatıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et