Buğdanın qiyməti ötən 6 ayın maksimumuna çatıb | Banco.az

Buğdanın qiyməti ötən 6 ayın maksimumuna çatıb

Tamara Mustafayeva, Banco.az

Rusiya prezidenti Vladimir Putinin Ukraynanın işğal olunmuş ərazilərini ilhaq edəcəyinə söz verərək gərginliyi artırması və Qara dəniz vasitəsilə taxıl tədarükü ilə bağlı daha çox qeyri-müəyyənliyə səbəb olması ilə buğdanın qiymətində mart ayından bəri ən böyük artım qeydə alınıb.

Banco.az xarici mətbuata istinadla xəbər verir ki, Çikaqoda buğda fyuçersləri dünənki 7,6 faizlik artımını davam etdirərək yenidən 1,6 faiz bahalaşma ilə 9,08 dollara çatıb.

Xatırladaq ki, fevral ayında Rusiyanın Ukraynaya hücumu Qara dənizdən buğda, qarğıdalı və günəbaxan yağının tədarükünü məhdudlaşdırmışdı. Bu da buğda fyuçerslərini rekord həddə çatdırmış, digər kənd təsərrüfatı məhsullarının da qiymətinin bahalaşmasına gətirib çıxararaq mart ayında qlobal ərzaq xərclərini bu vaxta qədərki ən yüksək həddə yüksəltmişdi.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et