Buffeti milyarder edən hadisə | Banco.az

Buffeti milyarder edən hadisə

Dünyanın ən varlı ikinci adamı olan Warren Buffett, 10 yaşında başına gələn bir hadisədən sonra milyarderliyə gedən ona yolu seçdi.

Dünyanın ən uğurlu investorlarından biri olan Warren Buffett, bu günlərə gəlməsini 10 yaşında başına gələn bir hadisəyə borcludur. Kiçik Warren Buffett 1940-ci ildə atasından özünü New Yorka aparmasını istədi. Warren Buffetin New Yorkda ən çox maraqlandığı yerlərdən biri New York Birjası idi.

Birjaya gedib, gündəlik işləri gördükdən sonra günorta yeməyində Buffetin bu günlərə gəlməsinə səbəb olan bir hadisə yaşandı. Buffettla atası xoş görünüşlü Hollandiyalı bir birja mütəxəssisi ilə yemək yedilər. Yemək yeyib qurtardıqdan sonra bir adam əlində müxtəlif növlü tütünlərlə yanlarına gəldi və tütünləri Hollandiyalı kişinin qarşısına qoydu. Hollandiyalı kişinin istəyi ilə həmin an ona siqar hazırladı.

Ən sərfəli kredit üçün müraciət et

Alice Schroeder adlı yazarın Warren Buffetta dair yazdığı son bioqrafiyada bəhsi gedən bu hekayədən sonra Buffett, həyatını pulun ətrafında yaratmağa qərar verdi. Bioqrafiyada, Buffetin hər kəsin böhranla mübarizə etdiyi bir dövrdə, adama xüsusi siqar hazırlanılmasından çox təsirləndiyi və bu hadisədən sonra Buffetin "Pul məni müstəqil edəcək" devizi ilə çalışdığı bildirildi.