Buffet vəsiyyətini elan elədi | Banco.az

Buffet vəsiyyətini elan elədi

Dünyanın ən zəngin dördüncü adamı məşhur sərmayəçi Warren Buffett, Berkshire Hathaway şirkətinin səhmdarlarıyla reallaşdırdığı illik yığıncaqda əhəmiyyətli açıqlamalar verdi.

Daha əvvəl də ölümündən sonra ailəsindən istədiklərini açıqlayan Buffett, bu dəfə arvadından əlinə keçən pulla S&P 500 birja fonduna investisiya etməsini istədiyini ifadə etdi. Ölümündən sonra Berkshire-ın uğursuzluğa düçar olacağından qorxduğu üçünmü belə bir vəsiyyəti etdiyini soruşan jurnalistlərə Buffett, "Həyat yoldaşımın əlinə onsuz da yüklü miqdarda pul keçəcək" dedi və "şirkət hissəsinin performans artımından çox məntiq çərçivəsində investisiya etməsini təklif etdiyini" söylədi.

Ən sərfəli kredit üçün müraciət et

Buffet yığıncaqda eyni zamanda Google-un öz-özünə idarə olunan avtomobilinin yol qəzalarının qarşısına keçə bilməyəcəyini və avtomobil sənayesi üçün böyük təhdid olduğunu söylədi. O, həmçinin ABŞ Mərkəzi Bankının Fed-in sədri Janet Yellenin vəzifəyə gəlməsindən bu yana olduqca müvəffəqiyyətli işlərə imza atdığını söylədi.

Günel Abduraxmanova / Banco.az