Bu vərdişləri tərgitməsəniz karyeranız məhv ola bilər | Banco.az

Bu vərdişləri tərgitməsəniz karyeranız məhv ola bilər

Sadalanan 6 vərdişdən heç olmazsa birinə sahibsinizsə, təcili surətdə tərgidin. Çünki işsiz qala bilərsiniz.

Kafe

Telefon danışığı və ya onlayn konfrans başlatmaq üçün heç də ən yaxşı məkan deyil. Arxa fondakı qəhvəüyüdənin səsi arqumentinizin inandırıcılığını zəiflədəcək. Əgər başqa seçim yoxdursa, danışmadığınız zaman telefonunuzu susdurun ki, həmsöhbətlərinizin səsləri kənar səslərdə boğulmasın. Evdən vacib bir zəng etsəniz, ailə üzvlərinizin və ev heyvanlarının sükutu pozmadığına əmin olun. Bir otağa çəkilin və səssiz şəraitdə danışın.

Öz gərginliyinizi ətrafa yaymayın.

Stress orqanizmin biomexanikasını pozur, qısa-qısa və dərin olmayan nəfəs almağa səbəb olur, hər hansı bir məsələyə fokuslanmağa maneçilik törədir. Sizin həyəcanınız təkcə özünüzə mane olmur, ofisdəki həmkarlarınıza da sirayət edir.

Həmçinin oxu: İş yerində yol verilən ən kobud SƏHVLƏR

Sosial şəbəkələrdə gərəksiz paylaşımlar etməyin.

Bu qaydaya əməl etmək hər kəs üçün faydalıdır, xüsusilə də iş adamları üçün. “Francesca’s” geyim satışı şirkətinin maliyyə direktoru Cin Morfisin hekayəsi ibrətamizdir. İdarə heyətinin iclasından sonra o, “twitter”də şən mesaj yazmışdı:

“İdarə heyəti iclası. Yaxşı rəqəmlər = xoşbəxt direktorlar”.

Problem onda idi ki, o vaxt heç investorların hamısı maliyyə göstəriciləri barədə məlumatlandırılmamışdı. Elə çıxdı ki, Morfisin atdığı tviti oxuyan 238 izləyici maraqlı tərəflərdən əvvəl məxfi məlumatları əldə edib. Beləcə maliyyə direktoru dərhal işdən çıxarıldı. Odur ki, siz də real həyatda olduğu kimi sosial şəbəkələrdə də danışdıqlarınıza fikir verin.

Ən sərfəli kredit üçün müraciət et

İclaslarda susmayın.

İşgüzar görüşlərdə və yığıncaqlarda lakoniklik sizə effektivlik qazandırmayacaq, əksinə hər kəsdə elə fikir formalaşdıracaq ki, söhbət mövzusu ilə maraqlanmırsınız, ya da korporativ maraqlar, ümumiyyətlə, vecinizə deyil.

Nə danışacağınızı bilmirsinizsə, əvvəlki natiqin sözlərini bir az redaktə edib, özünüzdən əlavələr edərək təkrar söyləmək, danışarkən həmsöhbətin gözünə baxmaq və hər şəkildə maraqlandığınızı göstərmək tövsiyə olunur. Bütün bunlar Skype konfransları üçün də keçərlidir.

Ofis qonşularınıza artıq, lüzumsuz informasiya verməyin.

Əgər iş yerindən şəxsi məqsədlərlə zəng edirsinizsə, iki dəfə asta danışın və söhbətinizi beş dəqiqə ərzində yekunlaşdırın. Ailə və ya dostlarla söhbət edərkən ixtiyarsız olaraq səs tonumuzu qaldırırıq, bu da həmkarları haqlı olaraq qıcıqlandırır. Qulaqlıqsız musiqi dinləmək də yolverilməzdir.

Ofisdə yediyiniz yeməklərə fikir verin.

Ətrafa qoxu yayan təamları iş yerində yemək olmaz.

Həmçinin oxu: Çətin həmkarlarla necə yola getmək olar? - MƏSLƏHƏT

Nigar Umaxanlı, Finco.az

Ən sərfəli krediti almaq üçün müraciət et