Bu vərdişlər sizi işsiz qoya bilər | Banco.az

Bu vərdişlər sizi işsiz qoya bilər

İş həyatınızda bir çox problemlərlə qarşılaşa bilərsiniz, amma bəzi şeylər var ki, həqiqətən sizin işdən qovulmanıza yetərli ola bilər. Necə? Gəlin qovulmağınıza səbəb ola biləcək yeddi vərdişi birlikdə nəzərdən keçirək ...

İnternetdə gəzişmək

İş zamanı internetdə gəzişmək işinizi riskə ata biləcək ən böyük səhvdir. Müdirlər işçilərinin kompüterlərindən nə etdiklərini yaxşı bilir. Yəni özünüzü işləyirmiş kimi göstərsənizdə, hamının hər şeydən xəbəri var.
 
Yalan danışmaq

Bir neçə kiçik yalandan zərər gəlməyəcəyini düşünürsünüzsə yanılırsınız. Hansı sahədə işləyirsinizsə işləyin yalan danışmaq işdən qovulmağınıza səbəb ola bilər.

Dedi-qodu eləmək

Bu həm şəxsi həyatınızda, həm də iş həyatınızda sizə zərər verə biləcək bir vərdişdir. Müdirlərin 40%-i, iş yerində dedi-qodu edən işçilərini işdən çıxardırlar.

İşi təxirə salmaq

Ən sərfəli kredit üçün müraciət et

Bu özünüzə edə biləcəyiniz ən böyük pislik və işdən qovulmaq üçün ilk səbəblərindən biridir. Özünüzü daha intizamlı olmaq üçün məcbur edin və işlərinizi bitirmək üçün son anı gözləməyin.

Negativ olmaq

Negativ olmaq və həmişə tutqun bir sifətlə gəzmək müdirinizin xoşuna gəlməyəcək. Üstəlik negativlik, yaradıcılığınıza da pis istiqamətdə təsir edər. Əgər son zamanlarda işinizdən tez-tez şikayət edirsinizsə, bəlkə də özünüzə daha çox ləzzət alacağınız bir iş tapmağın zamanı gəlmişdir.

Uyğunlaşmamaq

Hər iş yerinin özünə xas mədəniyyəti, geyim şəkli və tərzi vardır. Çalışdığınız yerin bu xüsusiyyətlərini bilmək, iş yoldaşlarınızla yaxşı davranmaq əhəmiyyətlidir.

İşə gecikmək

İşə gec gəlmək heç vaxt yaxşı bir fikir deyil. Bu, iş həyatınızda mütləq sizə problem yaşadar. Üstəlik bu hərəkətiniz, işə və iş yerinizə hörmət etmədiyinizi göstərər. Həmişə işə vaxtında gəlin.

Günel Abduraxmanova / Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et