Bu tarixədək ABŞ-da çip istehsalı mərkəzinin yaradılması planlaşdırılır | Banco.az

Bu tarixədək ABŞ-da çip istehsalı mərkəzinin yaradılması planlaşdırılır

Müəllif: Tamara Mustafayeva, Banco.az

2030-cu ilə qədər ABŞ-da çip istehsalı mərkəzinin yaradılması hədəflənir.

Banco.az xəbər verir ki, ABŞ Ticarət Naziri Gina Raymondo 2030-cu ilə qədər qabaqcıl yarımkeçirici istehsalı üçün ən azı iki iri miqyaslı istehsal mərkəzi qurmağı hədəflədiklərini açıqlayıb.

Raymondo Corctaun Universitetində ölkədə çip istehsalını və elmi araşdırmaları artırmaq üçün təşkil edilən “CHIPS” qanunu ilə bağlı çıxış edib.

Raymondo "CHIPS Qanunu və Amerikanın Texnoloji Liderliyi üçün Uzunmüddətli Baxış" adlı məruzəsində ABŞ-ın texnologiya və innovasiya sahəsində liderliyini möhkəmləndirmək üçün uzunmüddətli hədəflərdən bəhs edib.

Ən sərfəli kredit üçün müraciət et

Nazir həmçinin güclü yarımkeçirici Ar-Ge ekosistemi qurmaq üçün 11 milyard dollar sərmayə qoyacaqlarını da qeyd edib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et