Müəllif: Gülnar Əhmədli, Banco.az
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti 18 avqust 2026-cı il tarixində saat 10:00-da hərraca çıxarılacaq nəqliyyat vasitələrinin siyahısını açıqlayıb.
Banco.az quruma istinadən xəbər verir ki, bu tarixdə Maliyyə Nazirliyinin balansında olan nəqliyyat vasitələri satışa çıxarılacaq.
Nəqliyyat vasitələrinin markaları "Toyota", "Nissan", "Hyundai", "Honda", "Fiat"dır. Avtomobillərin start qiyməti 4 000 manatdan 18 000 manata qədərdir.
Bizi sosial şəbəkələrdən izləyin!!
