Tamara Mustafayeva, Banco.az
İngilis bankçılıq nəhəngi "Standard Chartered" İngiltərə və Avropadakı korporativ investorlar üçün kriptovalyuta ticarət platforması təsis etməyi planlaşdırdıqlarına dair açıqlama edib.
Banco.az xarici mətbuata istinadla bildirir ki, "Standard Chartered"in innovasiya və sahibkarlıq bölməsi olan "SC Ventures" bu təşəbbüs çərçivəsində Honkonq tərəfindən yaradılmış kriptovalyuta birjası "OSL"in ana şirkəti "BC Group" ilə əməkdaşlığa başlayıb.
Bu əməkdaşlıq sayəsində "SC Ventures" və "BC Group" korporativ investorları bir-biri ilə əlaqəndirmək və Bitkoin, Ethereum kimi kriptovalyuta növlərində ticarət imkanı yaratmaq üçün birlikdə işləyəcək. İki şirkətin bu müştərək layihəsinin 2021-ci ilin dördüncü rübündə başladılması planlaşdırılır.
Qeyd edək ki, "SC Ventures"in bu vaxtadək blokçeyn üzrə investisiya qoyuluşu həyata keçirməklə fəaliyyət sahəsini genişlətməyə çalışdığı məlumdur.
Bizi sosial şəbəkələrdən izləyin!!