Müəllif: Tamara Mustafayeva, Banco.az
“Runway” tərəfindən hazırlanmış "Gen-2" adlı süni intellekt texnologiyası ötürdüyünüz mətn, şəkil və ya qısa videolardan yeni videolar yarada bilir.
Banco.az xəbər verir ki, “Runway” “Gen-2” adlı çox rejimli süni intellekt sistemini təqdim edib ki, bu da mətn, şəkil və ya qısa videolardan yeni videolar yarada bilir.
“Gen-2” ona ötürülən mətnləri təhlil edir və istifadəçi göstərişləri əsasında saniyələr ərzində yeni videolar hazırlayır. “Runway” bu texnologiya ilə məzmun yaratmağı hər kəs üçün əlçatan etməyi planlaşdırır.
Qeyd edək ki, “Gen-2” ilə video hazırlamaq üçün hər hansı texniki detalları bilmək və ya video çəkiliş avadanlığına ehtiyacınız yoxdur. Bunun üçün mətn qutusuna bir cümlə yazmağınız kifayətdir. “Runway” bunu “heç nə çəkmədən yeni bir şey çəkmək” kimi təsvir edir.
Bizi sosial şəbəkələrdən izləyin!!