Bu sosial şəbəkədə artıq səsli mesajları mətnə çevirmək mümkündür | Banco.az

Bu sosial şəbəkədə artıq səsli mesajları mətnə çevirmək mümkündür

Önümüzdəki həftələrdə bütün şəbəkə istifadəçilər bu funksiyadan istifadə edə biləcəklər. 

Rusiyanın populyar sosial şəbəkəsi VKontakte-də artıq səsli mesajları mətnə ​​çevirmək mümkün olacaq. Bunun üçün VKontakte komandası neyron şəbəkəsindən istifadə edəcək.

Beləliklə də, sosial şəbəkə tərəfindən hazırlanan neyron şəbəkə, həm göndərilən, həm də qəbul edilən səs mesajlarını deşifr edə bilər. Çevirmə müddəti maksimum 30 saniyədir. 

Şirkətdən verilən məlumata görə, bu, VKontakte-də yazılan bütün səslərin 90%-ni təşkil edəcək.

Bundan əlavə, yeni funksiya istifadəçilərə səs formatında göndərilən mesajları axtarmağa da imkan verəcək. 

Hazırda funksiya yalnız rəsmi VK mobil tətbiqetməsində və bəzi istifadəçilər üçün mümkündür. Digər istifadəçilər gələn həftədən etibarən yenilikdən istifadə edə biləcəklər. 

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, sonradan, kompüter versiyası üçün funksionallıq əldə ediləcək və texnologiya daha uzun mesajları deşifr edəcək.

Ted

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

İnstagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et