Bu sosial şəbəkə abunəçilərindən ödəniş tələb edə bilər | Banco.az

Bu sosial şəbəkə abunəçilərindən ödəniş tələb edə bilər

“Twitter” sosial şəbəkənin reklamdan asılılığını azaltmaq məqsədilə abunəçilərdən ödəniş tələb edə bilər.

Məsələ ilə bağlı yekun qərar fevralın 9-da, şirkətin növbəti hesabatının açıqlandığı zaman elan olunacaq.

Hələlik isə abunə haqlarının hansı formada tətbiq ediləcəyi açıqlanmır.

Ödəniş ya bəzi eksklüziv materiallar yayan səhifələr üçün, ya da kütləvi olaraq bütün abunəçilər üçün tələb oluna bilər. Ödənişlərin “çaypulu” kimi könüllülük prinsipi əsasında olması, yaxud da sosial şəbəkəsinin bir sıra funksiyalarına tətbiq edilməsi də istisna deyil.

modern.az

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram