Bu şirkətlər yenidən bəzi əməkdaşlarını işdən çıxaracaq | Banco.az

Bu şirkətlər yenidən bəzi əməkdaşlarını işdən çıxaracaq

Tamara Mustafayeva, Banco.az

ABŞ-ın Boeing ve Raytheon şirkətləri Covid-19 pandemiyasının səbəb olduğu iqtisadi böhranın təsirindən ixtisara getməyi planlaşdırırlar.

Təyyarə istehsalçısı Boeing şirkətinin üçüncü rüb üzrə balans hesabatına dair edilən açıqlamada Covid-19 pandemiyası və 737 MAX tipli təyyarələrin uçuşunun dayandırılmasının şirkətin maliyyə vəziyyətinə əsaslı dərəcədə təsir göstərdiyi bildirilib.

Açıqlamada şirkətin gəlirlərinin bu ilin iyul-sentyabr dövründə ötən ilin eyni dövrü ilə müqayisədə 29% azalaraq 14.1 milyard dollara gerilədəyi vurğulanıb.

Boeing şirkətində işçi sayının 2021-ci ilin sonunadək 130 minə qədər azaldılması gözlənilir.

Şirkətin CEO-su Dave Calhoun personalla bağlı bəzi qərarlar verildiyini və 2021-ci ilin sonunadək təqribən 130 min personaldan ibarət işçi heyəti ilə yola davam ediləcəyini bildirilib.

Qeyd edək ki, şirkət aprel ayında pandemiyanın təsirindən personal sayını 10% azaldacaqlarını elan etmişdi.

Raytheon 20 min personalı işdən çıxaracaq

Ən sərfəli kredit üçün müraciət et

Digər tərəfdən də ABŞ-ın ən böyük müdafiə sənayesi şirkətlərindən olan Raytheon da Covid-19 pandemiyası səbəbilə kommersiya yönümlü aviasiya satışlarının azaldığını və buna görə də 20 min personalı işdən çıxarmalı olacaqlarını elan edib.

Həmçinin oxu: Koronavirus pandemiyası təyyarə səfərlərində nəyi dəyişdirdi?

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et