Tamara Mustafayeva, Banco.az
Google məsafədən iş rejiminin müddətini uzadır.
Google "çevik iş qrafiki" çərçivəsində əməkdaşlarının 2021-ci ilin sentyabr ayından etibarən həftədə iki gün məsafədən işləməsinə icazə verəcək.
ABŞ-ın texnologiya nəhəngi Google Covid-19 səbəbilə tətbiq etməyə başladığı məsafədən iş rejimini pandemiyadan sonra da tətbiq etməyi planlaşdırır.
Şirkətin CEO-su Sundar Pichai bazar günü işçilərə göndərdiyi e-mail-də 2021-ci ilin sentyabr ayınadək ofisə qayıtmayacaqlarını, daha sonra isə yeni iş rejiminin tətbiq ediləcəyini bildirib. O, "çevik iş qrafiki" modelinin daha məhsuldar nəticə verməsi iddiasını sınaqdan keçirəcəklərini vurğulayıb.
Xatırladaq ki, şirkət tərəfindən iyul ayında edilən açıqlamaya görə, məsafədən iş rejimi 2021-ci ilin iyun ayınadək uzadılmışdı.
Həmçinin oxu: Google haqqında bilmədiyiniz 14 qeyri-adi fakt
Bizi sosial şəbəkələrdən izləyin!!