Bu şirkətin CEO-su ötən il 1 milyard dollardan çox qazanc əldə etdi | Banco.az

Bu şirkətin CEO-su ötən il 1 milyard dollardan çox qazanc əldə etdi

Tamara Mustafayeva, Banco.az

Apple CEO-su Tim Kuk 2020-ci ildə 1 milyard dollardan çox qazanc əldə edib.

Açıqlanan göstəricilərə görə, Apple firmasının CEO-su Tim Kuk ötən il ərzində 3 milyon dollar maaş alıb. Ancaq əsl qazancı ilə müqayisədə maaşı olduqca kiçik bir məbləğ hesab edilə bilər. Fəaliyyət stimulları çərçivəsində 10 milyon dollardan çox ödəniş əldə edən Kukun şirkətin hədəflərini keçməsinə nail olduğu bildirilib. Beləliklə də ötən il Tim Kukun 13 milyon dollar qazanc əldə etdiyi məlum olur. Ancaq onun yeganə qazancı bununla məhdudlaşmır.

Texnologiya nəhəngi şirkət Kukun ümumi xərclərini də şirkət büdcəsindən ödəyir. Bu xərclərin 1 milyon 38 min 259 dollar olduğu da açıqlanıb. Tim Kukun səyafət etməsi üçün özəl təyyarədən istifadə etməsi şərtini irəli sürən Apple firması bunun üçün 432 min dollar vəsait xərcləyib. Digər tərəfdən CEO-nun vəzifəsinin icrasına davam etməsi üçün 2025-ci ilədək 100 milyon dollar dəyərində şirkət səhmi aldığı da məlumdur. Odur ki, proqnozlar Tim Kukun xalis qazancının 1 milyard dolları üstələdiyini bildirir.

Ən sərfəli kredit üçün müraciət et

Həmçinin oxu: Ən çox qazanan CEO-lar məlum oldu

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et