Bu şirkətə görə məsafədən çalışan işçilər onlayn işə gedib-gəlməlidir | Banco.az

Bu şirkətə görə məsafədən çalışan işçilər onlayn işə gedib-gəlməlidir

Tamara Mustafayeva, Banco.az

Hər nə qədər ev-iş rejimi bizi yorsa da və pandemiya dövründə evdən işləməyə vərdiş etsək də, Microsoft firması işə gedib gəlməyin faydaları olduğuna inanır və evdən işlədiyimiz müddətdə bu faydaları yenidən qazanmaq üçün ev-iş rejimini səhər və axşam tapşırıqları ilə dəyişdirmək istəyir.

Microsoft Teams tətbiqi istifadəçilərdən gündəlik hədəflər müəyyən edib qazanclar, zərərlər və ediləcək işlər haqqında düşünməkləri tələb edildiyi zaman "onlayn işə gedib-gəlmək" və ya vaxt bölgüsü aparmağa imkan yaradacaq. Onlayn işə gedib-gəlmək məyus edici səslənsə də, Microsoft bunun işçilərin sağlamlığını qorumaq üçün tətbiq ediləcəyini bildirir.

Hazırda təkmilləşmə mərhələsində olan bu yeni funksiya istifadəçilərdən gün ərzində müəyyən hədəflər və ya tapşırıqlar siyahısı hazırlamağı istəyə bilər; günün sonunda isə onlardan hansı tapşırıqları yerinə yetirdikləri soruşulacaq və başa çatmamış işlər növbəti günə keçiriləcək. Bununla yanaşı istifadəçilərdən səhər və axşam özlərini necə hiss etməkləri də öyrəniləcək. 

The Wall Street nəşrinin açıqlamasına görə, bu layihənin məqsədi işə gediş-gəlişin işçilərin günlərinin başlanğıc və sonunu başa çatdırmalarına kömək etməsi və onlara iş və evdəki diqqət yayındıran ünsürlərdən uzaq durmaları üçün şərait yaratmaqdır.

Ən sərfəli kredit üçün müraciət et

Həmçinin oxu: Evdən işləyən insanlar tənhalıqdan necə xilas ola bilər?

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et