Bu şirkətdə evdən işləməklə bağlı son qərarı işçilər verəcək! | Banco.az

Bu şirkətdə evdən işləməklə bağlı son qərarı işçilər verəcək!

Tamara Mustafayeva, Banco.az

Twitter şirkəti işçilərinin arzu etdikləri təqdirdə, daimi olaraq evdən işləyə biləcəklərini açıqlayıb.

Koronavirus pandemiyası dünyanın hər yerində demək olar ki, bütün şirkətlərə təsir göstərdiyi kimi, sosial media şirkətlərinə də olduqca təsir göstərib. Hazırda ofisləri uzun müddətdir ki, bağlı olan əksər şirkətlərin işçiləri evlərindən fəaliyyətlərini davam etdirirlər.

Bir müddət əvvəl sizə Facebook və Google şirkətlərində çalışanların ilin sonunadək evdən işləməyə davam edəcəklərini xəbər vermişdik. Bununla yanaşı qeyd edək ki, digər bir tanınmış texnologiya şirkəti olan Apple da işçilərinin mərhələli olaraq ofislərə geri qayıtmasını planlaşdırır.

Sosial media nəhəngi Twitter da ötən aylarda işçilərini evə göndərmə qərarı vermişdi. Bu günlərdə isə virusa yoluxan insanların sayının gün keçdikcə azalması səbəbilə normallaşma mərhələsinə keçid başlayıb. Odur ki, şirkət işçiləri ilə bağlı mühüm bir qərar verib. Belə ki, şirkət işçilərinin daimi olaraq evdən işləyə biləcəklərini açıqlayıb.

Banco.az xarici mətbuata istinadla bildirir ki, sosial media nəhəngi Twitter sentyabr ayına qədər ofislərini açmağı düşünmür. Şirkət həmçinin il ərzində keçirilməsi planlaşdırılan fiziki tədbirlərin hamısını ləğv etmə qərarı alıb.

Ən sərfəli kredit üçün müraciət et

Şirkətin CEO-su Jack Dorsey işçilərə göndərdiyi mail vasitəsilə istəyənlərin daimi olaraq evdən işləyə biləcəyini bildirib. Yəni, məhdudiyyətlər tamamilə aradan qaldırıldıqda və əvvəlki şərait bərpa edildikdə belə, arzu edən işçilər məsafədən çalışmağa davam edə biləcəklər. Dorsey işçilərə ünvanladığı maildə, “Ofisləri açmaq bizim qərarımızdır. Gəlib gəlməmək və ya nə vaxt gəlmək isə işçilərimizin qərarıdır”, sözlərinə yer verib.

Xatırladaq ki, sözügedən qərar şirkətin fiziki fəaliyyətlərindən məsul işçiləri üçün keçərli deyil.

Həmçinin oxu: Pandemiyadan sonra ofislərə tələb artacaq

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et