Bu şirkətlərin işçiləri ilin sonunadək evdən işləməyə davam edəcəklər | Banco.az

Bu şirkətlərin işçiləri ilin sonunadək evdən işləməyə davam edəcəklər

Tamara Mustafayeva, Banco.az

Texnologiya nəhəngi Facebook və Google şirkətləri 2020-ci ilin sonuna qədər evdən işləməyə davam edəcəklərini açıqlayıblar.

Sosial həyatın demək olar ki, dayandığı bu günlərdə işgüzar sfera da fəaliyyətini mövcud şəraitə uyğunlaşdırmağa çalışır.

Xüsusilə də texnologiya və proqramlaşdırma sahələrində fəaliyyət göstərən şirkətlər işçilərini “home ofis” modelinə inteqrasiya etmişdi. Bu şirkətlər arasında Google və Facebook kimi iki nəhəng şirkət də yer alır. Belə ki, hər iki şirkətin işçiləri bir müddətdir ki, evlərindən çalışırlar və son məlumatlara görə, bu şirkətlər fəaliyyətlərini bu formada davam etdirəcəklər.

Virusun sürətlə yayılması səbəbindən şirkətlər yeni strategiyalar müəyyənləşdirməli olurlar. Son günlərdə isə normallaşma tədbirlərinin həyata keçiriləcəyi gündəm mövzusudur. ABŞ, İtaliya, İspaniya, Fransa və Almaniya kimi ölkələr sözügedən tədbirlərin planlarını hazırlayıblar.

Silikon Vadisi şirkətləri is mümkün olduğu qədər təmkinli davranmağın doğruluğuna inanırlar. Facebook və Google şirkətləri də mart ayında bütün ofisləri bağlamış və işçiləri evlərinə göndərmişdi. Ancaq bir müddət əvvəl edilən açıqlamaya görə, Google 1 iyun, Facebook isə 6 iyul tarixindən ofislərini açacaqdı.

Sözügedən tarixlər yaxınlaşdıqca mövzu ilə bağlı hər iki şirkətdən də müvafiq açıqlamalar gəlib. Google şirkəti açıqlamasında ofisdə çalışması zəruri olan işçilərin işə çıxa biləcəyini, digərlərinin isə home ofis modeli ilə davam edəcəklərini bildirib.

Ən sərfəli kredit üçün müraciət et

Təbii ki, bu qərarın mövcud şəraitin yaxın günlərdə hansı vəziyyətə doğru dəyişəcəyinə bağlı olaraq yenidən gözdən keçirilmə ehtimalı da istisna edilmir.

Facebook şirkəti də açıqlamasında işçilərinin bu ilin sonuna qədər evlərindən çalışmağa davam edəcəklərini bildirib.

Həmçinin oxu: Facebook ödənişli canlı yayımlara başlayır

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

 

Ən sərfəli krediti almaq üçün müraciət et