Bu şirkət Rusiyaya smartfon tədarükünü artırıb | Banco.az

Bu şirkət Rusiyaya smartfon tədarükünü artırıb

Müəllif - Aida İsaq, Banco.az

Çinin “Huawei” şirkəti bu ilin doqquz ayı ərzində Rusiyaya smartfon tədarükünü artırıb.

Banco.az xəbər verir ki, tədarüklərin həcmində 2019-cu ildən bəri ilk dəfə olaraq artım müşahidə olunub. 2022-ci ilin ilk doqquz ayında Rusiyaya 500 mindən çox smartfon idxal edilib. Tədarüklərin böyük hissəsi isə üçüncü rübə məxsusdur. 

Nəticədə, “Huawei” Rusiyaya idxal həyata keçirən digər iki rəqibini - "ZTE" və "Honor"u geridə qoyub. Bu, isə adı çəkilən markaların 2022-ci ilin martında tədarükləri dayandırması ilə əlaqədardır. Məlumata görə, doqquz ay ərzində "ZTE" və "Honor"un Rusiya idxalının ümumi həcmində payı 1,5% təşkil edib.

"Huawei"dən tədarüklərin artmasına baxmayaraq, bu il Rusiyanın smartfon bazarı böhrandan qurtula bilməyib. Moskvaya qarşı tətbiq olunan beynəlxalq sanksiyaların sayəsində cari ildə 2021-ci ilin eyni dövrü ilə müqayisədə ölkəyə smartfon idxalı nəzərə çarpacaq dərəcədə azalıb.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd olunur ki, Rusiyada yeni “Apple iPhone 14” smartfon modelinin satışları ötən ildəki “iPhone 13” modelinin satışı ilə müqayisədə dörd dəfə azalıb. 2022-ci ildə isə yalnız 53 000 rusiyalı iPhone 14 modelini satınn alıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et