Müəllif - Aida İsaq, Banco.az
Norveçin "Bergen Engines" şirkəti Rusiyaya qaz turbinləri üçün ehtiyat hissələrini tədarük etmək qərarına gəlib. Bu barədə şirkətin icraçı direktoru Jon Erik Rev məlumat verib. Banco.az xəbər verir ki, şirkət daha əvvəl Rusiyada fəaliyyətini tamamilə dayandırdığını elan etmişdi.
Komponentlər "Bergen Engines"in 2019-cu ildə Rusiyanın mis şirkətinə tədarük etdiyi 22 qaz turbininin təmirində istifadə olunacaq.
Məlumata görə, tədarüklər xarici istehsalçının Rusiya şirkəti qarşısında uzunmüddətli müqavilə öhdəlikləri səbəbindən bərpa edilib.
Bizi sosial şəbəkələrdən izləyin!!