Bu şirkət rekord sayda əməkdaş ixtisar edəcək | Banco.az

Bu şirkət rekord sayda əməkdaş ixtisar edəcək

Müəllif - Aida İsaq, Banco.az

“McKinsey & Co” konsaltinq şirkəti ilk dəfə olaraq rekord sayda ixtisarlar həyata keçirməyə hazırlaşır.

Banco.az xəbər verir ki, şirkətdə təxminən iki minə yaxın işçi ixtisar oluna bilər. İlkin olaraq müştəriləri ilə birbaşa əlaqə olmayan vəzifələrdə çalışan dəstək işçilərinin ixtisarını nəzərdə tutub. Hazırda şirkətdə 45 minə yaxın əməkdaş çalışır. Eyni zamanda ixtisar olunacaq əməkdaş sayının dəyişmək ehtimalı da aktualdır.

Qeyd edək ki, məlumata görə, 2021-ci ildə şirkətin gəliri 15 milyard dollar, 2022-ci ildə isə bundan daha çox olub.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et