Tamara Mustafayeva, Banco.az
Koronavirus pandemiyası turizm sənayesinə zərbə vurmağa davam edir. Amerikanın aparıcı hava yolu şirkətlərindən biri olan Delta Air Lines şirkəti təkcə üçüncü rübdə 5,3 milyard dollardan çox zərərə uğrayıb. Bu, ötən rüblə müqayisədə isə daha aşağı göstəricidir.
Hava yolu şirkəti dekabr ayı üzrə gəlirlərin ötən ilin 30-35%-i qədər olmasını proqnozlaşdırır. Şirkətin CEO-su Ed Bastian 2021-ci ilin yaz aylarına qədər yenidən qazanc əldə etməyi gözləmədiklərini bildirib. Delta bu rübdə 2019-cu ilə nəzərən 79% geriləmə ilə 2,6 milyard dollar gəlir əldə edib. Şirkətin gündəlik xərcləri isə 18 milyard dollardır.
Qeyd edək ki, şirkət hələ də təyyarələrindəki orta oturacaqlara bilet satışı həyata keçirmir. Ed Bastian orta oturacaqların ancaq 2021-ci ilin ilk yarısında satışa çıxarılma ehtimalından bəhs edib.
Xatırladaq ki, indiyədək United Airlines, American Airlines və JetBlue Airways hava yolu şirkətləri hava limanında həyata keçirilən sürətli COVID-19 testlərini elan edib. Ancaq bu testlər məcburi deyil və sərnişinlər bunun üçün əlavə ödəniş etməlidirlər. Bastian Delta şirkətinin də oxşar layihə üzərində işlədiyini, ancaq dəqiq tarix müəyyən edilmədiyini vurğulayıb.
Həmçinin oxu: Bu Hava yolu şirkəti təyyarə yeməklərinin servis edildiyi restoran açdı
Bizi sosial şəbəkələrdən izləyin!!