Bu şirkət pandemiyadan sonra işçilərinə ödənişli məzuniyyət verəcək | Banco.az

Bu şirkət pandemiyadan sonra işçilərinə ödənişli məzuniyyət verəcək

Tamara Mustafayeva, Banco.az

Məşhur idman geyimləri firması "Nike" işçilərinə sentyabr ayında bir həftəlik ödənişli məzuniyyət haqqı verəcək.

Banco.az xarici mətbuata istinadla bildirir ki, bu ilin sentyabr ayında ofisə geri qayıtmağı planlaşdıran ABŞ-ın idman geyimləri brendi "Nike" işçilərinə maraqlı jest etməyə hazırlaşır. Belə ki, şirkət hazırda məsafədən çalışan işçilərinə sentyabr ayında ofisə qayıtmazdan əvvəl əhval-ruhiyyələrini yüksək tutmaq üçün bir həftə müddətinə ödənişli məzuniyyət haqqı verib.

"Nike" firmasının baş ofisinin direktoru olan Matt Marrazzo şəxsi "LinkedIn" profilindən açıqlama edərək işçilərə dincəlməyi tövsiyə edib. O, bu açıqlamada, "Dincəlmək, stressdən uzaqlaşmaq və sevdiklərinizlə vaxt keçirmək üçün özünüzə şərait yaradın. İşləməyin", deyə bildirib.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, daha əvvəl elə "LinkedIn" şirkəti də işçilərinə həftəlik məzuniyyət haqqı vermişdi.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et