Müəllif: Tamara Mustafayeva, Banco.az
“Dell” ofisə getməyən işçilərə vəzifədə irəliləmə imkanı yaratmayacaq.
Banco.az xəbər verir ki, fərdi kompüter istehsalçısı şirkət iş təsvirində mübahisəli yenilik təqdim edib.
Belə ki, daha əvvəl hibrid iş rejimini mənimsəyən “Dell” öz işçilərini yenidən ofisə dəvət edir.
ABŞ-ın texnologiya firması “Dell” işçilərindən may ayından etibarən həftənin 3 günü ofisdən çalışmağı, əks halda ofisə gəlməyənlərin vəzifələrini artırmayacağını açıqlayıb.
Şirkətin bu qərarı işçilərinin böyük həyəcanına səbəb olub. Bəzi işçilər bu qərarın şirkətin qənaət siyasəti çərçivəsində qəbul edildiyini düşünürlər.
Qeyd edək ki, məsafədən işləməyə belə bir məhdudiyyət qoyulması təkcə “Dell” işçilərini deyil, eyni zamanda oxşar sənayelərdə çalışan insanları da narahat etməyə başlayıb.
Bizi sosial şəbəkələrdən izləyin!!